Saxta şəxsiyyət vəsiqələrinin hazırlanması işi ilə bağlı "Beynəlxalq Şəffaflıq - Gürcüstan" təşkilatının yenə bir üzvü sorğulanacaq
Saxta şəxsiyyət vəsiqələrinin hazırlanması işi ilə bağlı “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının icraçı direktorunun müavini Giorgi Oniani sorğulanacaq.
Bu barədə məlumatı Gürcüstan prokurorluğu yayır.
İdarənin dediyinə görə, üç qeyri hökümət təşkilatı tərəfindən iddia edilən faktla bağlı “Beynəlxalq Şəffaflıq – Gürcüstan”, “Gürcüstanın Gənc Hüquqşünaslar Asosiasiyası” və “Ədalətli seçkilər” QHT-lərinin icraçı direktorları Eka Giqauri, İrma Pavliaşvili və Mixeil Benidze artıq sorğuya çəkildilər.
Prokurorluğun bəyanatına görə, qeyd olunan şəxslər saxta şəxsiyyət vəsiqələrini hazırlanması ilə bağlı yaydıqları məlumatın mənbəyini və yaxud konkret faktları adlandıra bilmədilər.