DİN - hökumət, ixrac məqsədi ilə maruxuananın becərilməsi-istehsalı məsələsini müzakirə edir
DİN - hökumət, ixrac məqsədi ilə maruxuananın becərilməsi-istehsalı məsələsini müzakirə edir

Gürcüstan Daxili İşlər Nazirliyində bəyan edirlər ki, hökumət tibbi və kosmetik məqsədi ilə, maruxuananın becərilməsi-istehsalı məsələsini müzakirə edir.

DİN-in məlumatında qeyd edildiyi kimi, hökumət tərəfindən marixuana ilə bağlı təhrik olunmuş qanunvericilik dəyişikliyi, marixuananın alverinin sərt məhdudiyyətini nəzərdə tutur.

“Bundan başqa, Daxili İşlər Nazirliyi ixrac məqsədi ilə, maruxuananın becərilməsi-istehsalı məsələsini müzakirə edir. İstənilən təqdirdə, ölkə daxilində marixuananın satışı, Cinayət Məcəlləsi ilə cəzalandırılan hərəkət kimi qalır”, – DİN-in məlumatında deyilir.

“Yaşıllar” fraksiyasının sədri, Giya Qaçeçiladze bəyan etdi ki, versiya mövcuddur, marixuananın müalicə məqsədi ilə xaricə ixracına icazə veilsin. Giya Qaçeçiladzenin qeyd etdiyinə görə, çoxluğun iclasında Daxili İşlər Nazirliyi müvafiq qanunlayihəsi versiyasını təqdim etdi.