Giorgi Kvirikaşvili - Xorava küçəsində baş verən faciə bizim üçün ciddi çağırışdır, çünki ən önəmli dəyər insan həyatıdır
Giorgi Kvirikaşvili - Xorava küçəsində baş verən faciə bizim üçün ciddi çağırışdır, çünki ən önəmli dəyər insan həyatıdır

“Xorava küçəsində baş verən faciə ilə bağlı ilk instansiya məhkəməsinin qərarı bir çox sual işarəsinin yaranmasına səbəb oldu” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.

Baş nazir iclası bu mövzu ilə başladı.

“Təbiidir ki, hökümət iclasımızı son günlərdə, ictimaiyyətdə narahatçılıq yaradan əsas hadisələrlə başlayırıq və əminəm ki, bu məsələnin ictimaiyyət üçün olduğu kimi, bizim üçün də prinsipal önəmi var.

Xorava küçəsində baş verən faciə bizim üçün ciddi çağırışdır, çünki bizim üçün ən önəmli dəyər insan həyatıdır. İki gənci itirdik. Təəssuf ki, ilk instansiya məhkəməsinin qərarı ictimaiyyətdə və bizdə bir çox sual işarələri yaratdı” – dedi baş nazir.

Baş nazirin dediyinə görə, hökümət indiyə qədər olmayan, presedentsiz bir qərar verdi və istintaq komisiyasının tərkibinə və rəhbərliyinə müxalifət nümayəndələri təyin edildi.

Giorgi Kvirikaşvili bəyan etdi ki, birinci instansiya məhkəməsinin qərarından irəli gələrək, Daxili İşlər Nazirliyi bütün şahadlara təzyiq edərək, sorğulamayı və istintaqı yenidən başlatdı.