Giorgi Kvirikaşvili - Bugündən etibarən Tbilisi patrulu yan kameraları ilə təchiz olunacaq, hansılarının video-yazıları mərkəzi serverə göndəriləcək

Bugündən etibarən Tbilisi patrulu yan kameraları ilə təchiz olunacaq, hansıların çəkdiyi video-kadrlar mərkəzi polis serverinə göndəriləcək.

Bu barədə bəyanatı baş nazir Giorgi Kvirikaşvili yeni patrul polis xidməti mərkəzinin açılışında verdi.

Onun dediyinə görə, bu keçmişdə polislə bağlı spekulyasiyalara səbəb olan sualların aradan qaldırılmasına nədən olacaq.

Baş nazir mərkəzin açılışı ilə bütün polisləri təbrik etdi.

Onun dediyinə görə polislərin necə maaş, eləcədə, məişət təminatı artıq hökümət üçün prioitet məsələsi olacaq.

“Əhalimizin təhlükəsizliyi əsas prioritetimizdir. Vitse-premyerin leyhinə və qürurla deyə bilərəm ki, mən onunla bir neçə gün öncə söhbət edərkən gördüm ki, o polislərin maraqları qorumağa çalışır.

Həmçinin, maliyyə naziri ilə də söhbət etdim və əlimizdən gələni edəcəyik ki, həyatını riskə ataraq, cinayətlərlə mübarizə aparan, polislərin həyat şəraitləri hökümət tərəfindən təmin edilsin.