Şida-Kartli və Mtsxeta-Mtianeti Polis Departamentlərinin yeni rəhbərləri var
Şida-Kartli və Mtsxeta-Mtianeti Polis Departamentlərinin yeni rəhbərləri var

Daxili İşlər Nazirliyinin polis ərazi departamentlərində rotasiya çərçivəsində, departament rəhbərləri dəyişdirildilər.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, polis polkovniki Dimitri Zurabişvili Şida-Kartli polis departamentinin rəhbəri vəzifəsinə təyin edildi.

O, 1999-cu ildən Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışırdı.

2016-cı ildən isə, Mtsxeta-Mtianeti polis departamentinin direktoru idi.

Mtsxeta-Mtianeti polis departamentinin direktoru vəzifəsinə isə, polis polkovniki Davit Tamazaşvili təyin edildi, hansı ki, indiyə qədər Kvemo-Kartli polis departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Davit Tamazaşvili Daxili İşlər Nazirliyində 2003-cü ildən işləyir.

Şida-Kartli polis departamentinin sabiq direktoru – Mamuka Sağaraşvili polis departamentinin direktoru vəzifəsinə təyin edildi.

Polis vitse-polkovniki Mamuka Sağaraşvili Daxili İşlər Nazirliyində 2005-ci ildən müxtəlif vəzifələrdə işləyirdi.