Erməni medyasının məlumatına görə, Karen Karapetyan və Vladimer Putin arasında telefon söhbəti oldu

Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyan Rusiya prezidenti Vladimer Putin ilə telefonla söhbət etdi, – bu barədə məlumatı Ermənistanın News.am agentliyi Kremlin mətbuat xidmətinə istinadən yayır.

News.am-ın məlumatına görə, söhbət zamanı, tərəflər qeyd etdilər ki, Ermənistanda mövcud olan siyasi krizis konstitusiya çərçivəsində həll olunmalıdır.

Söhbət zamanı, tərəflər baş nazir seçkilərinin böyük əhəmiyyətini vurğuladılar.