Ekaterine Tikaradze - Dövlət pensiyalarının artma tendensiyası davam edəcək
Ekaterine Tikaradze - Dövlət pensiyalarının artma tendensiyası davam edəcək

Dövlət pensiyasının artma tendensiyası davam edəcək və 2020-ci ilin iyulun birindən 70 yaşdan yuxarı olan şəxslərin dövlət pensiyası yenə 30 lari ilə artacaq, – bu barədə bəyanatı Səhiyyə Naziri Ekaterine Tikaradze parlament iclasında çıxış edərkən verdi.

“Pensiya yaşında olan əhali üçün ayrılan pul məbləği illər ərzində mərhələ şəklində artaraq, 125 laridən 202 lariyə qədər artdı” – dedi nazir.

Onun dediyinə görə, Səhiyyə Nazirliyinin sosiyal siyasəti dövlət qayğısına xüsusi ilə ehtiyacı olan insanlara yönəldilib. Məhz bu prinsipdən irəli gələrək, 2012-ci ildən müəyyən qruplar üçün ayrılan benefitlər artacaq.

Nazirin dediyinə görə, sosiyal siyasətin əsas prioritetlərindən biri məhdud fiziki imkanlı şəxslərin dəstəyidir.

“İlk növbədə qeyd etmək istəyirəm ki, onlar üçün ayrılan paket 2020-ci ildən artacaq. Ağır dərəcəli məhdud fiziki imkanlı şəxslərə verilən yardım 50 lari ilə artacaq, digərləri üçün isə, 20 lari ilə. Nəticədə onlar ayda 250 və 140 lari alacaqlar” – dedi Ekaterine Tikartadze.