Ekaterine Tikaradze - epidemioloji göstərici dəyişkəndir, Acarada dörd faizdən azdır, Gürcüstanın müxtəlif bölgələrində beşdən səkkiz faizə qədərdir
Ekaterine Tikaradze - epidemioloji göstərici dəyişkəndir, Acarada dörd faizdən azdır, Gürcüstanın müxtəlif bölgələrində beşdən səkkiz faizə qədərdir

Dörd faizlik göstərici yeganə deyil, lakin indikatorlardan biridir, hansına da biz diqqət yetiririk. Bu göstərici onun zəmanətini verir ki, sabitlik qorunub saxlanacaqdır. Bundan irəli gələrək, dörd faizlik göstəricinin böyük əhəmiyyəti var, – bu barədə Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan etdi.

Nazirin dediyinə görə, həmçinin, konkret bölgədə infeksiyanın yayılması göstəricisinin nəzərə alınması əhəmiyyətlidir.

“Bununla yanaşı, halları izləyirik, necə yeddi günlük, eləcə də 14 günlük çərçivədə. Çünki müsbət dinamika yeddi günlük çərçivədə demək deyil ki, dinamika qorunub saxlanılıb və sabitdir. Bundan irəli gələrək, 14 günlük çərivədə də baxırıq və qərar qəbul edirik. İndi dəyişkən göstəricilərdir. Acarada dörd faizdən azdır, Gürcüstanın müxtəlif bölgələrində beşdən səkkiz faizə qədərdir”, – Tikaradze bəyan etdi.