Ekaterine Tikaradze istisna etmir ki, koronavirusa qarşı vaksinasiya prosesi gələcəkdə yenə ambulatoriya səviyyəsində davam etdirilsin
Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, istisna deyil ki, koronavirusa qarşı vaksinasiya prosesi gələcəkdə yenə ambulatoriya səviyyəsində davam etdirilsin.
“Səhiyyə naziri, sözsüz ki, məsuliyyət hiss edir, bu qeyd olunan məsələ üzərində işləyən hər bir insanın məsuliyyətidir. Halbuki Axalsixedə baş verən fakt və qərar ki, bu günki gün üçün vaksinasiya prosesini çoxprofilli müəssisələrə keçirdik, istisna etmir ki, növbəti mərhələ üçün vaksinasiya prosesi genişləndirilsin və yenə də ambulatoriya səviyyəsində davam etdirilsin, çünki Gürcüstanın bu barədə yaxşı təcrübəsi var. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyəsidir ki, vaksinasiya ambulatıriya səviyyəsində baş versin. İstisna etmirik yenə davam etdirilsin”, – Tikaradze bəyan etdi.