Mayın 5-i və 6-da paytaxtda metro və avtobuslar uzadılmış iş vaxtı ilə işləyəcək
Mayın 5-i və 6-da paytaxtda metro və avtobuslar uzadılmış iş vaxtı ilə işləyəcək

Möhtəşəm Pasxa bayramı ilə əlaqədar mayın 5-i və 6-da paytaxtda metro və avtobuslar uzadılmış iş vaxtı ilə işləyəcək.

Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bayram günlərində ictimai nəqliyyatla bağlı xəbərlər barədə ictimaiyyətə məlumat verib. Onun sözlərinə görə, vətəndaşların rahat gediş-gəlişi üçün Tbilisi metrosu mayın 4-ü saat 23:00-dan mayın 5-i saat 04:00-dək açıq olacaq və onun vasitəsilə hərəkət etmək ödənişsiz olacaq.

“Bundan başqa, mayın 5-6-da sərnişinləri Muxatqverdi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində ödənişsiz daşıyan müvəqqəti avtobus marşrutları müəyyən ediləcək”, – Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, avtobuslar “Marcanişvili”, “Delisi”, “Saracişvili”, “Varketili” metrostansiyalarını əhatə edən ərazidən, həmçinin “Didube”nin yuxarı və aşağı çıxışlarından, vağzal meydanından, Besarion Çiçinadze küçəsindən və Varketili III massivindən, o cümlədən Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər.