Edqars Rinkeviçs - Avropa İttifaqı Gürcüstan, Moldova və Ukraynanın perspektivlərini etiraf etməlidir və onların üzv olmasının real müddətini deməlidir
Edqars Rinkeviçs - Avropa İttifaqı Gürcüstan, Moldova və Ukraynanın perspektivlərini etiraf etməlidir və onların üzv olmasının real müddətini deməlidir

Avropa İttifaqı Gürcüstan, Moldova və Ukraynanın perspektivlərini etiraf etməlidir və onların üzv olmasının real müddətini deməlidir. “Evropeyskaya Pravda” Ukrayna nəşrinin yazdığına görə, bu barədə Latviya Xarici İşlər naziri Edqars Rinkeviçs bəyan etdi.

“Aydın olanı etiraf etməliyik – Gürcüstan, Moldova və Ukrayna kimi ölkələr könüllü olaraq avropa yolunu seçdilər. Onlar Avropa İttifaqı üzvlüyünə cəhd göstərirlər və bu yol ilə getməyə hazırdılar. Məhz elə buna görə, Avropa İtiifaqının məqsədi olmalıdır ki, bu cəhdlərə cavab versin.

Avropa İttifaqı bu ölkələrin perspektivlərini etiraf etməlidir və onların üzv olmasının real müddətini deməlidir”, – Latviya Xarici İşlər naziri bəyan etdi.