"Dünya Reqbisi" Gürcüstandan üzr istəyir
"Dünya Reqbisi" Gürcüstandan üzr istəyir

“Dünya Reqbisi” Gürcüstan-Uruqvay matçı zamanı stadionda rus mahnısının səsləndirilməsinə görə, Gürcüstandan üzr istəyir.

Xatırladaq ki, sentyabrın 29-da, Gürcüstan-Uruqvay matçı zamanı stadionda Valeri Melandzenin mahnısının fraqmentisəsləndirildi. Buna görə, matçın başa çatmasından sonra keçirilən mətbuat konfransında, gürcü reqbiçisi Caba Breqvadze təşkilatçılardan xahiş etdi ki, bənzər səhvə yol verməsinlər. Onunla birlikdə başq məşqçi Milton Heyq də bəyanat verdi.

“Onlar matçdan sonra rus mahnısını səsləndirirdilər. Gürcü oxuyurdu, lakin mahnı rus idi. Bildirmək istəyirik, Gürcüstan Rusiya deyil. Bizdən fərqli olan dil və mədəniyyətdir. Xahiş edirik bunu unutmayın”, – Heyq bəyan etdi.

“Dünya Reqbisinin” mətbuat katibi bəyan etdi ki, təşkilatçılar bu səhvə görə, təəssüfləndiklərini ifadə edirlər.