Borcğalosanilər Dünya Reqbi Kubokunda növbəti matç üçün hazırlaşırlar (foto)
Borcğalosanilər Dünya Reqbi Kubokunda növbəti matç üçün hazırlaşırlar (foto)

Yaponiyada keçirilən Dünya Reqbi Kubokunda Gürcüstan milli yığması növbəti matç üçün hazırlaşır. Oktyabrın 3-də borcğalosanilər Fici Adaları milli yığması ilə görüşəcəklər və çempionatda ikinci qələbənin əldə edilməsinə çalışacaqlar. Bu gün, gürcü reqbiçiləri məşqi Osaka şəhərində keçirdilər.

Xatırladaq ki, komandanın bir məğlubiyyəti (Uels) və bir qələbəsi (Uruqvay) var və “D” qrupunda üçüncü yerdədir.

Gürcüstan yığması qrup mərhələsinin son matçını oktyabrın 11-də, Avstraliyaya qarşı keçirəcək.