Dimitri Kumsişvili - ictimaiyyətin istənilən sualına cavab verəcəm, gizli bir şeyim yoxdur
Dimitri Kumsişvili - ictimaiyyətin istənilən sualına cavab verəcəm, gizli bir şeyim yoxdur

İctimaiyyətin istənilən sualına cavab verəcəm, gizli bir şeyim yoxdur, – bu barədə keçmiş İqtisadiyyat naziri Dimitri Kumsişvili, Prokurorluqda onun dindirilməsi barəsində söhbət edərkən bəyan etdi.

Kumsişvilinin bəyanatına görə, Prokurorluğun sualları asan və birbaşa onunla bağlı deyildi.

“Prokurorluqda 20 gün bundan əvvəl idim, biraz artıq da olması mümkündür, dəqiq xatırlaya bilmirəm. Bu dindirilmə formatı idi. Prokurorluq bir neçə məsələ üzrə öz mövqemi tədbiq etməyimi xahiş etdi. O cümlədən mənim nazir olduğum zaman Prokurorluğa göndərdiyimiz məsələ barəsində.

Onların bütün suallarına maksimal cavab verdim. Xaricdən bu gün gəldim və müvafiq olaraq, bu məlumat bu gün yayıldı, bunun təsədüf olması mümkündür.

İctimaiyyətin istənilən sualına cavab verəcəm, gizli bir şeyim yoxdur. Hesab edirəm ki, vəzifədə olduğum zaman ölkəmə layiqincə xidmət etdim.

Mənim fikirimcə Prokurorluğun sualları asan və birbaşa mənimlə bağlı deyildi”, – Kumsişvili bəyan etdi.

Dimitri Kumsişvili bəyan edir ki, bu mərhələdə təkrar dindirilmə barəsində onu çağırmayıblar.