Gürcüstanın Baş Prokurorluğu Ukraynaya Giorgi Samuşianın Gürcüstana ekstradisiyası ilə bağlı müraciət etdi
Gürcüstanın Baş Prokurorluğu Ukraynaya Giorgi Samuşianın Gürcüstana ekstradisiyası ilə bağlı müraciət etdi

Milli Mərkəzi İnterpol Bürosu tərəfindən verilən məlumata əsasən, Ukraynanın kompetent orqanları tərəfindən, Gürcüstanda axtarışda olan Giorgi Samuşia həbs edildi.

Bu barədə məlumatı Gürcüstan Baş Prokurorluğundan prokuror Vladimer Vekilian verdi.

İdarədə qeyd edirlər ki, Samuşia təşkil edilən cinayət qrupunda iştirak etməklə və Elberd Koberidzeyi qeyri-qanuni şəkildə azadlıqdan məhrum edib, ona işgəncə etməklə ittiham olunur.

Prokurorluğun məlumatına görə həmin cinayətlə bağlı sabiq yüksək rütbəli hüquqmühafizəçilər Davit Axalaia, Giorgi Kalandadze, Meqis Kardava və Roman Şapatava axtarışdadırlar.