Baş Prokurorluq Nika Qvaramiaya qarşı yeni ittiham irəli sürdü
Baş Prokurorluq Nika Qvaramiaya qarşı yeni ittiham irəli sürdü

Gürcüstanın baş prokurorluğu “Rustavi-2”-nin sabiq baş direktoru Nika Qvaramiyaya qarşı yeni ittiham irəli sürdü.

Prokurorluğun bəyanatında deyilir ki, Qvaramia “Rustavi-2”-yə aid olan böyüq miqdarda məbləğlərin mənimsənməsində və saxta rəsmi sənədlərin hazırlanması və istifadəsində ittiham olunur ki, bütün bunlar kanala böyük zərər verdi.

Həmçinin, “Rustavi-2” kanalının sabiq maliyyə direktoru Kaxaber Dameniaya və “İntermedia Pyusun” direktoru Zurab İaşviliyə qarşı da ittiham irəli sürüldü.

Prokuroluğun məlumatına görə, Nika Qvaramia, Kaxaber Damenia və Zurab İaşvili rəsmi ittihamın təqdim edilmısi üçün prokurorluğa dəvət ediliblər.

Həmçinin, prokurorluğun məlumatına görə, cəza olaraq, nəzərdə tutulan tədbirlər haqqında məlumat ictimaiyyətə daha sonra veriləcək.