Bu gün Uşaq Avroviziyasının final şousu keçiriləcək
Bu gün Uşaq Avroviziyasının final şousu keçiriləcək

Bu gün Uşaq Avroviziyasının final şousu keçiriləcək

Uşaq Avroviziyasını, Kiprin nümayəndəsi Nikola Nikolau açacaq. Avroviziya səhnəsinə çıxan son iştirakçı İtaliya nümayəndəsi Mariya İside Fiorera olacaq. Gürcüstan nümayəndəsi, Qriqol Kipşidze 9-cu nömrə ilə çıxış edəcək.

Sira ilə 15-ci Uşaq Avroviziyasının nəhəng müsabiqəsi Tbilisi Olimpiya Sarayında keçiriləcək. Burada 16 ölkənin nümayəndə heyyəti iştirak edəcək.

Qriqol Kipşidze Uşaq Avroviziyasında “Qulis xma” (qəlbin səsi) mahnısı ilə çıxış edəcək. Bəstənin müəllifi Qiqa Kuxianidzedir, tektin müəəlifi – Temo Sacaiyadır.

Müsabiqənin tarixində ilk dəfə, tamaşaçıya onlayn səsvermə vasitəsi ilə, öz ölkəsinin müsabiqəçisinə dəstək olmağa imkan veriləcək. Tamaşaçının 16 ölkənin iştirakçısından, maksimum 5 favoriti seçə bilər.

Onlayn səsvermə prosseduru bu gün, şou başlamamışdan əvvəl bağlanacaq və səhnəyə hər 16 iştirakçının çıxış etməsindən sonra, 15 dəqiqəliyinə yenə açılacaq. Onlayn səslər isə, müsabiqəçilərin hesablama lövhəsində ballarla əks olunacaq.

Qalib müsabiqəçi beynəlxalq münsiflər heyyəti və onlayn balların nəticələri vasitəsi ilə aşkar olunacaq.

Uşaq Avroviziyası 2017-nin gürcü iştirakçısını və müsabiqə bəstəsini münsiflər heyyəti seçdi.

Uşaq Avroviziyasının baş məşqi dünən keçirildi.

Uşaq Avroviziyası haqqında yenilikləri linkdə baxın.