Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2018-in qalibi Polşa nümayəndəsi oldu

Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2018-in qalibi “Anyone I Want To Be” mahnısı ilə Polşanın nümayəndəsi, Roksana Veqieli oldu. Müsabiqəçi 215 xal topladı.

Gürcüstan nümayəndəsi Tamar Edilaşvili 144 xal ilə 8-ci yerə çıxdı.

Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2018-ə Belarus ev sahibliyi edirdi. Gürcü müsabiqəçi 13 nömrəsi ilə təqdim olundu. Edilaşvili  “Sənin səsin” mahnısını ifa etdi ki, onun da müəllifi Sopo Toroşelidzedir, sözləri isə, Aleksandre Lortkipanidzeyə məxsusdur.