Borcğalosanilər fiziki və psixoloji hazırlığını hərbi bazada keçdilər (foto-video)

Gürcüstan reqbiçilər milli yığması dünya kubokuna yola düşənə qədər hazırlığı hərbi bazada keçdi. Yığmanın üzvləri bir günlüyünə Muxrovanidə yerləşən xüsusi bazaya qonaq oldular və burada hərbi xidmətçilərin yardımı ilə və onlar tərəfindən tərtib edilmiş proqrama müvafiq olaraq, fiziki və psixoloji hazırlığını keçdilər .

Hərbi xidmətçilərin dediyinə görə, onlar milli yığmanın reqbiçilərinə dəstəyini bu forma ilə də ifadə etdilər.

Gürcüstan reqbiçilər milli yığması Yaponiyaya, dünya kubokuna yarış üçün sentyabrda yola düşəcək.