BMT-nin Təhlükəsizlik Şurası Qüdsün statusunu müzakirə etməyi planlaşdırır
BMT-nin Təhlükəsizlik Şurası Qüdsün statusunu müzakirə etməyi planlaşdırır

Birləşmiş Millətlər Təşkilatının  Təhlükəsizlik Şurasının üzvləri Qüdsün statusunu müzakirə etməyi planlaşdırır. Reuters agentliyinin yazdığına görə, müqəddəs şəhərin statusunu dəyişdirmək üçün bütün cəhdlər qanunsuz olaraq elan ediləcəkdir.

Qətnamə üzrə işlər Tramp Qüdsü İsrailin paytaxtı elan etdikdən sonra başladı.

Sənədin işçi versiyası Misir tərəfində təhrik olunub və onun çoxlu tərəfdarı var. Lakin güman edildiyinə görə, ABŞ qətnaməyə veto qoyacaq.

ABŞ-ın Daimi Nümayəndəliyində yeni qətnamə ilə bağlı şərh verilməyib.

Lakin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri, Niki Heyli, Qüdsü İsrailin paytaxtı olaraq elan etməsi qərarını alqışlayır.