David Zalkaliani BMT-nin İnsan Hüquqları Şurası sessiyasında nitqlə çıxış edəcək
David Zalkaliani BMT-nin İnsan Hüquqları Şurası sessiyasında nitqlə çıxış edəcək

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani İsveçrəyə səfərinə bu gün başlayacaq. Səfər çərçivəsində David Zalkaliani Cenevrədə, BMT-nin İnsa Hüquqları Şurası sessiyasında nitqlə çıxış edəcək.

BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyası bu gün açılır. İnsan hüquqları məsələsi ilə bağlı iclaslar ildə üç dəfə, Xarici İşlər naziriləri səviyyəsində isə, ildə bir dəfə keçirilir.

Gürcüstan Xarici İşlər naziri, David Zalkalianini məhz elə bu formatda dinləyəcəklər. Zalkaliani Gürcüstanın işğal olunmuş ərazilərində insan hüquqları durumu barəsində hesabatı təqdim edəcək.

Nazir həmçinin Avropa İttifaqının təşəbbüsü ilə planlaşdırılmış “Good Human Rights Stories about Women Empowerment and Gender Equality” adlı yüksək səviyyəli paneldə iştirak edəcək və nitqlə çıxış edəcək.

Səfər çərçivəsində Zalkaliani beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Gürcüstan tərəfindən hazırlanmış qətnamə mətninin müzakirəsi martın 4-də başlayacaq və səsverməyə 20 martda çıxarılacaq. Qətnaməni səsverməyə BMT-nin İnsa Hüquqları Şurası çıxaracaq. Şura tərkibinə 47 ölkə daxildir. Əgər onu üzvlərin çoxluğu dəstklədisə, qətnamə təsdiq olunmuş hesab olunacaq.