BMT-nin Baş Katibi Davit Zalkaniani və Sergey Lavrovun görüşünü salamlayır
BMT-nin Baş Katibi Davit Zalkaniani və Sergey Lavrovun görüşünü salamlayır

BMT-nin baş katibi Antonio Qutieres Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində, İsveçrənin vasitəçiliyi ilə Gürcüstan və Rusiya Xarici İşlər Nazirlərinin görüşünü salamlayır.

“BMT Baş katibi İsveçrənin bu rolunu və təşəbbüsünü müsbət dəyərləndirir. O ümid edir ki, bu görüş regionda sülhün və təhlükəsizliyin qorunması üçün əlverişli olacaq” – deyib baş katibin spikeri Stefan Dujarik.

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdü.

Zalkanianinin dediyinə görə, bu görüş Rusiyaya deyəcəklərimizi birbaşa çatdırmanın yeganə yoludur.