Salome Zurabişvili BMT-də Gürcüstana dəstək bəyanatlara görə partnyor ölkələrə minnətdarlığını bildirir
Salome Zurabişvili BMT-də Gürcüstana dəstək bəyanatlara görə partnyor ölkələrə minnətdarlığını bildirir

Gürcüstan prezidenti, Salome Zurabişvili BMT-də Gürcüstana dəstək bəyanatlara görə partnyor ölkələrə minnətdarlığını bildirir.

“2008-ci ilin müharibəsini unutmayan, Gürcüstanın işğal olunmuş ərazilərini unutmayan, BMT-də bəyanat qəbul edən bütün dostlarımıza, partnyorlarımıza və strateji partnyorlarımıza əks səda vermək istəyirəm. Hamıya təşəkkürlər!  Bu onun işarəsidir ki, nə biz və nə də dünya bununla barışmır və dünya Gürcüstanla birlikdədir”, – Gürcüstan prezidenti qeyd etdi.

Xatırladaq ki, 5 avqustda keçirilən BMT-nin Təhlükəsizlik Şurasının qapalı iclasında 2008-ci il avqust müharibəsindən sonrakı Gürcüstanda mövcud durum barəsində müzakirə apardılar. İclasdan sonra Gürcüstan ilə bağlı Belçika, Estoniya, Fransa, Almaniya, ABŞ, Birləşmiş Krallıq, Norveç və İrlandiya tərəfindən birgə bəyanat yayıldı.