BMT-nin qadın təşkilatının tədqiqatına əsasən, keçən il hər 7 qadından biri müxtəlif formada zorakılığa məruz qalıb
BMT-nin qadın təşkilatının tədqiqatına əsasən, keçən il hər 7 qadından biri müxtəlif formada zorakılığa məruz qalıb

2017-ci ildə, Gürcüstanda 7 qadından biri hansısa formada zorakılığa məruz qalıb.

Bu barədə bəyanatı  – BMT qadın təşkilatının nümayəndəsi Tamar Sabedaşvili jurnalistlərə 2017-ci ilin qadına zorakılıq statistikası haqqında söz edərkən verdi.

“Mart ayında yayılan 2017-ci ilin hesabatında bildirdik ki, Gürcüstanda 7 qadından biri hansısa formada zorakılığa məruz qalıb. 2018-ci ilin Femisid statistikası əlimizdə hələ yoxdur və faciəvi faktlar haqqında məlumatı medyadan alırıq” – deyir Tamar Sabedaşvili.

Tamar Sabedaşvilinin dediyinə görə, Barnov küçəsində baş verən qətl faktı dolayı qurbanın qorunması zərurətini ortaya çıxartdı.