Birinci Kanalın çəkiliş qrupunu Kiyevə buraxmadılar
Birinci Kanalın çəkiliş qrupunu Kiyevə buraxmadılar

Birinci Kanalı qrupu – jurnalist Salome Kokiaşvili, operator Zaza Şukvani və qoşulma texniki Levan Levan Qulbanini Kiyevə buraxmadılar.

Sərhədçilər Borispol aeroportunda Birinci Kanalın çəkiliş qrupunu bu gün səhər bir neçə saat dayandırdılar, söhbətləşmədən sonra isə, onlara ölkəyə daxil olmağa icazə vermədilər.

“Passportları götürdülər, nəyə görə buraxmadıqlarının səbəbini bilmirik. Sadəcə olaraq dedilər – yox deyirik. Sənədlərə imza atmamışıq, çünki ukrayna dilində və bizim üçün anlaşılmaz idi. Açıqlama xahiş etdik, lakin yox cavabı verdilər. Bir neçə dəqiqəyə geri Tbilisiyə uçduq”, – Birinci Kanalın jurnalisti Salome Kokiaşvili bəyan edir.