Birinci Kanalın daha 15 yeni avtomobili olacaq
Birinci Kanalın daha 15 yeni avtomobili olacaq

Birinci Kanalın daha 15 yeni avtomobili – Almaniyada istehsal edilən 2017-ci ilin Ford Fiestası olacaq.

Elektron tenderin nəticələri az öncə məlum oldu.

15 avtomobilin alınması üçün tenderi Birinci Kanal 11 dekabr 2017-ci ildə elan etdi.

Tenderə beş şirkət iştirak edirdi. Avtomobillərə ən aşağı qiyməti MMC “GT Motors” təklif etdi.

15 avtomobilin əldə olunmasının güman edilən dəyəri 597 990 lari idi, MMC “GT Motors” isə son olaraq 513 999 larini təklif etdi (qiymətə avtomobilin dəyəri, 100 000 kilomertə qədər servis xidməti və yanacaqla təmin etmək daxildir). Ticarət nəticəsində qənaət 83 991 larini təşkil etdi.

Bir neçə gün bundan əvvəl Birinci Kanal Suzuki Vitara markalı 20 yeni avtomobil əldə etdi.