Birinci Kanalda "İdeal Ana" adlı yeni gürcü serialı başlayır

Bu gündən, hər iş günü, saat 20:45-də Birinci Kanalın efirində “İdeal Ana” serialı olacaq.

İtaliya İctimai Televiziyasının lisenziyalaşdırılmış kontenti, italiyan serialının analoqudur.

Birinci Kanalın direktorunun birinci müavini, Tinatin Berdzenişvilinin bəyan etdiyinə görə, Birinci Kanalın bu qədər bəyük istehsalı çoxdan olmayıb.

“Serial böyük ailənin əhvalatını nəql edir və martın 4-dən, hər iş günü, “Moambe” xəbərlər buraxılışına qədər 15 dəqiqə əvvəl efirə çıxacaq”, – Tinatin Berdzenişvili bəyan edir.

60 seriallıq gürcü serialı efirdə üç ay ərzində olacaq. Çəkilişlər isə, serialın başlamasından sonra, paralel olaraq davam edəcək.