Bekçikanın Lieji şəhərində silahlı şəxs polis işçilərinə atəş açdı. İlkin məlumata görə, iki polis zabiti və bir nəfər yoldan keçən həlak olub. Xəsarət alanlar da var.
Silahlı şəxs atəş açdıqdan sonra qaçmağa çalışdı. O, elə orada yerləşən binanın 6-cı mərtəbəsində girov götürdü, lakin yerli mətbuatın məlumatına görə, hüquqmühafizəçilər atəş açdılar və şübhəli məhv edilib.
Hücumun motivi bu vaxta qədər məlum deyil.