“Gürcü arzusu” tərəfdarları ekzitpolun nəticələrini bayram edirlər
“Gürcü arzusu” tərəfdarları ekzitpolun nəticələrini bayram edirlər

“Exit-poll”un nəticələri açıqlandıqdan sonra “Gürcü arzusu”nun tərəfdarları Tbilisi küçələrində qələbəni qeyd edirlər.

Hakim komandanın tərəfdarları “Gürcü arzusu” partiyasının bayraqları və Gürcüstanın dövlət bayraqları ilə paytaxt küçələri ilə hərəkət edəcəklər.

Gürcüstanın üç telekanalı – “İmedi”, “Formula” və “Mtavari” 2024-cü il parlament seçkiləri üçün keçirilən “exit-poll”un nəticələrini dərc edib.

“İmedi” teleşirkətinin sifarişi ilə keçirilən “QORBİ” exit-pollunun məlumatına görə (saat 18:00-a olan məlumata görə) parlament seçkilərində partiyaların reytinqləri belə bölünüb: “Gürcü arzusu – Demokratik Gürcüstan” – 56,1%. “Birlik – Milli Hərəkat” – 11,6% “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq” – 7,0% “Dəyişiklik üçün koalisiya Qvaramiya, Melia, Qirçi, Droa” – 12,6%. “Qaxariya Gürcüstan üçün” – 4,8%.

“Mtavari” teleşirkətinin sifarişi ilə “Harris X”in keçirdiyi ekzitpolun nəticələrinə görə “Gürcü arzusu” 42%; Dəyişiklik üçün Koalisiya 18%; “Birlik Milli Hərəkatı” – 13%; “Güclü Gürcüstan” – 9%; “Qaxariya Gürcüstan üçün” 8%.
“Edison Research” “Formula” teleşirkətinin keçirdiyi ekzitpolun nəticələrinə görə, “Gürcü arzusu – Demokratik Gürcüstan” 40,9%; “Birlik – Milli Hərəkat” – 16,7%; “Dəyişiklik üçün koalisiya Qvaramiya, Melia, Qirçi, Droa” – 16,7%; “GGüclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq” – 10,3%; “Qaxariya Gürcüstan üçün” – 8,2%.