İraqda silahlı hücum nəticəsində 11 insan həlak oldu

11:01, 09.11.2020

İraq paytaxtı yaxınlığında baş verən silahlı hücum nəticəsində 11 insan həlak oldu və səkkizi xəsarət aldı.

“Reuters” agentliyinin məlumatına görə, silahlı döyüşçülər dörd avtomobillə ordunun nəzarət məntəqəsinə qumbaralarla hücum etdilər, bundan sonra atəş açdılar.

Baş verənlər üzrə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

Oxşar