Vyanada hücum nəticəsində ölənlərin sayı dördə qədər artdı
Vyanada hücum nəticəsində ölənlərin sayı dördə qədər artdı. Məlumatı “Qardian” nəşri yayır.
Medianın məlumatına görə, üç mülki şəxs və hücumçu qətlə yetirilib.
Son gpöstəricilərlə, 15 insan yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti kritik olaraq ağırdır.
Avstriya paytaxtında hazırda xüsusi əməliyyat aparılır. Hüquqmühafizəçilər bir hücumçunu axtarırlar. Paralel olaraq, ölkədə təhlükəsizlik tədbirləri maksimal olaraq sərtləşdirilib.