Koronavirusa qarşı vaksin Belçikada pulsuz olacaq
Koronavirusa qarşı vaksin Belçikada pulsuz olacaq

“COVID-19”-a qarşı vaksin Belçikada pulsuz olacaq. Bu barədə ölkənin Səhiyyə naziri, Frank Vanderbruk bəyan etdi.

Onun dediyinə görə, hökumətin məqsədidir ki, əhalinin təxminən 70 faizinin vaksinasiyası baş versin.

“Məqsəd əhalinin təxminən 70 faizinin vaksinasiyasının baş verməsidir. Alimlərlə görüşdən və sosial debatlar nəticəsində prioritet qruplarını müəyyən etdik. Vaksin bütün vətəndaşlar üçün pulsuz olacaq”, – nazir bəyan edir.

Belçikada 11.5 milyon insan yaşayır. Pandemiyanın başlamasından bu günə qədər koronavirusa yoluxmanın 540 min halı qeydə alınıb, 14 min insan virusdan vəfat edib.