Avropa İttifaqı - Arçil Tatunaşvilinin faciəvi ölümü və daha iki nəfəri yaxalanması, dərin narahatlığa səbəbdir
Avropa İttifaqı - Arçil Tatunaşvilinin faciəvi ölümü və daha iki nəfəri yaxalanması, dərin narahatlığa səbəbdir

Avropa İttifaqı Sxinvali bğlgəsində inkişaf edən hadisələrlə narahatdır, – bu barədə bəyanatı Xarici İşlər və Təlükəsizlik Siyasəti məsələləri üzrə Avropa İttifaqının Ali Nümayəndəsi Federika Moqerininin ofisi yayır.

“Cənubi Osetiyada (Grücüstan) inkişaf edən son hadisələr – Arçil Tatunaşvilinin faciəvi ölümü və daha iki nəfəri yaxalanması, dərin narahatlığa səbəbdir.

Biz Tatunaşvilinin ailəsinə başsağlığı veririk. Avropa İttifaqı istintaqa dəstək olmağa hazırdır. İki vətəndaşın həbsdən azad edilməsindən sonra, gözləyirik ki, Sxinvalinin defakto hakimiyyəti onlara Tbilisi tərəfindən nzarət oluna əraziyə getməyə imkan verəcək”, -bəyanatda deyilir.

Brüseldə hesab edirlər ki, şəffaflıq və etimadın artırılması üçün əlavə tədbirlər görüləsidir.

2018-ci il, fevralın 28-də Rusiya işğal rejimi Axalqoridə 3 Gürcüstan vətəndaşını – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Tatunaşvilini qeyri-qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.