Audit - 2015-2016-cı illərdə İctimai Yayımçıda satın almalar, bazarı öyrənmədən həyata keçirildi
Audit - 2015-2016-cı illərdə İctimai Yayımçıda satın almalar, bazarı öyrənmədən həyata keçirildi

2015-2016-cı illərdə İctimai Yayımçı tərəfindən elan olunmuş tenderlərin böyük hissəsində yalnız bir tender iştirakçısı iştirak edirdi.

Bu barədə Dövlət Auditi Xidmətinin hesabatında deyilir.

Hesabat 2015-ci ilin yanvarın birindən 2016-cı il dekabrın 31-nə qədər dövrü əhatə edir.

Hesabata uyğun olaraq, 2015-ci ildə keçirilmiş 78 tenderdən 38-də (49%) yalnız bir tender iştirakçısı iştirak edirdi, 2016-cı ildə isə – 93-dən 44-də (47%).

“Yayımçı tərəfindən elan olunmuş tenderlərin böyük hissəsində yalnız bir tender iştirakçısı iştirak edirdi:  2015-ci ildə keçirilmiş 78 tenderdən 38-də (49%) yalnız bir tender iştirakçısı iştirak edirdi, müqavilənin ümumi dəyəri –  2 491 952 lari. 2016-cı ildə isə – 93-dən 44-də (47%) – müqavilənin ümumi dəyəri 1 253 280 lari idi”, – hesabatda deyilir.

Dövlət Auditi Xidmətinin hesabatında deyildiyi kimi, bir tender iştirakçısının iştirak etdiyi tenderdə, 2015-ci ildə qiymətin azaldılması yalnız 6%, 2016-cı ildə isə yalnız 4 faizi təşkil edirdi.

“Birdən artıq iştirakçının iştirak etdiyi tenderdə tamamilə başqa göstəricilərdir: 2015-ci ildə qiymət 20, 2016-cı ildə isə 40 faiz ilə azaldı”, – hesabatda deyilir.

Dövlət Auditi Xidməti həmçinin qeyd edir ki, 2015-2016-cı illərdə satın almaların illik palanlaşdırılması nöqsanlarla həyata keçirilirdi.

Hesabata uyğun olaraq, dekorasiya işlərinin satın alması üçün elan edilmiş 26 tenderdə (müqavilənin ümumi dəyəri  – 569 913 lari) bazarın öyrənilməsi baş verməyib.

Həmçinin, 2015-2016-cı illərdə həyata keçirilmiş 26 satınalmadan, 16 təqdirdə – qalib kimi eyni şirkət aşkar olundu.