ABŞ Dövlət departamenti - Tbilisidə yerləşən Luqar mərkəzi haqqında Rusiya medyasının məlumatı tam bir absurd və təbliğatın nümunəsidir
ABŞ Dövlət departamenti - Tbilisidə yerləşən Luqar mərkəzi haqqında Rusiya medyasının məlumatı tam bir absurd və təbliğatın nümunəsidir

Tbilisidə yerləşən Luqar mərkəzi haqqında Rusiya medyasının məlumatı tam bir absurd və təbliğatın bariz nümunəsidir, – bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsinin bəyanatında deyilir, hansını ABŞ Gürcüstandaki Səfirliyi yayır.

“Biz rus medyasında yayılan məlumatla tanış olduq. Bunlar tam absurd, rus dezinformasiyası və təbliğatın bariz nümunəsidir.

Qeyd etmək istəyirəm ki, Almaniyanın dəstəyi ilə, Gürcüstan Luqar mərkəzində, noyabrda beynəlxalq konvensiyaya müvafiq olan tapşırıq təlimlərini həyata keçirir və həmin laboratoriya təlimlərində iştirak etməkdən Rusiya tərəfi imtina etdi.

Luqar mərkəzinin fəaliyyəti haqqında daha təfərrüatlı məlumat almaq üçün mərkəzin mətbuat xidmətinə müraciət edə bilərsiniz. Əminəm ki, öz səmərəli fəaliyyətləri haqqında məlumatı sevə-sevə verəcəklər, – deyilir ABŞ Dövlət Departamentinin nümayəndəsinin bəyanatında.

Xatırladaq ki, Rusiyanın Müdafiyə Nazirliyi oktyabrın 4-də bəyan etdi ki, ABŞ-ın Luqar laboratoriyasında Gürcüstan əhalisi üzərində eksperimentlər keçirilir, hansının nəticəsində bir çox insan öldü.

Həmin bəyanatı Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimya və bioloji müdafiyə əsgərlərinin başçısı İqor Krilov verdi.

Ona qədər isə, həmin mövzu ilə bağlı bəyanatı keçirdiiy mətbuat konfransında İqor Giorqadze verdi.