#საქართველოშენიგულისთვის - Avroviziyada Gürcüstana dəstək kampaniyası başlayır
#საქართველოშენიგულისთვის - Avroviziyada Gürcüstana dəstək kampaniyası başlayır

Tanınmış insanlar “İriao”-ya dəstək olmaq üçün birləşdilər. Birinci Kanalın studiyasında rejissor Basa Potsxişvili tanınmış insanların şəkilini çəkdi və bu kampaniyada həmkarı və dostu, David Doiaşvili ilə birlikdə, özü də iştirak etdi.

Bu gündən Birinci Kanalın feysbuk səhifəsində Eka Mamaladzenin, “Şvidkatsa”-nın və “Kartuli Xmebi”-nin üzvləri “İriao” barəsində söylədikləri fikirlərini əks etdirən videolar yerləşdiriləcək. Elə burada onlar gürcü emiqrantlarına müraciət edəcəklər ki, #საქართველოშენიგულისთვის (Gürcüstan sənin üçün) kampaniyasına qoşulsunlar və mayın 10-da “İriao”-ya səs versinlər.

#საქართველოშენიგულისთვის kampaniyasına istənilən insan qoşula bilər. Dəstək videosunu bu heşteqlə yazın və öz feysbukunuzda paylaşın – Gürcüstana sevgi və dəstəyi paylaş.

Bu il Avroviziya musiqi müsabiqəsində Gürcüstanın adı ilə “İriao” təqdim olunacaq.