Quriya qubernatoru - müsəlman və xristian icması nümayəndələri arasında razılaşma baş tutdu
Quriya qubernatoru - müsəlman və xristian icması nümayəndələri arasında razılaşma baş tutdu

Quriya qubernatoru, Zurab Nasaridzenin bəyan etdiyinə gör, Çoxatauri munisipalitetinin Buknari kəndinin müsəlman və xristian icması nümayəndələri arasında razılaşma baş tutdu.

Onun dediyinə görə, yerli hakimiyyət nümayəndələrinin qatılması ilə, tərəflər arasında dialoq konstruktiv rejimdə keçirildi.

“Görüş konstruktiv rejimdə keçirildi. Görüşdə həmkəndlilər iştirak edirdilər. Onlar tarixi, qədim əlaqələrini xatırladılar, bir-birinin qayğısına qalmaları barəsində söhbət etdilər. Razılaşma baş tutdu. Xristian və müsəlmanlar əvvələr olduğu kimi ibadət edəcəklər. Əgər kimsə tərəfdən təxribat olarsa, bu insalar bir-birini çağıracaqlar. Bu günki görüşdə iştirak edənlər müvafiq münasibət bildirəcəklər ki, vəziyyətin gərginləşməsi baş verməsin”, – Quriya qubernatoru, Zurab Nasaridze bəyan etdi.

Çoxatauri munisipalitetinin Buknari kəndidən narazılıq müsəlman və xristian vətəndaşları arasında dünən başladı. Konkret olaraq, müsəlman icması nümayəndələri kənddə ibadət yerinin təşkil edilməsini tələb edirlər. Xristian icması nümayəndələri isə, buna qarşı çıxırlar. Fikir müxtəlifliyi dünən fiziki qarşıdurmaya qədər artdı. Fakt üzrə DİN bir nəfəri yaxaladı.