Patriarxlıq - qarşıdurma cəmiyyətdəki dəyərlərə və dövlətin suverenliyinə qarşı mübarizə sahəsindədir, ölkənin tərəqqisi “vətən, dil, etiqad” sözləri üzərində qurulmalıdır
Patriarxlıq - qarşıdurma cəmiyyətdəki dəyərlərə və dövlətin suverenliyinə qarşı mübarizə sahəsindədir, ölkənin tərəqqisi “vətən, dil, etiqad” sözləri üzərində qurulmalıdır

Bu gün cəmiyyətdə qarşıdurma xətti dəyərlərə və dövlətin suverenliyinə qarşı mübarizə sahəsindən keçir. Ölkəmizin yaxın tarixdəki tərəqqisi Müqəddəs İlia Salehin sözlərinə əsaslanmalıdır: “vətən, dil, etiqad”, – bu barədə Gürcüstan Patriarxlığının yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edildiyi üzrə, sabitliyi və sülhü pozmaq üçün tələsik, emosional hərəkətlərə yol vermək qəbuledilməzdir.

“Ölkəmizdə baş verən son hadisələr bizi inandırır ki, bu proseslər qlobal miqyasda baş verən ən mühüm geosiyasi dəyişikliklərin əksidir. Qeyd olunan hadisələri siyasi, iqtisadi, strateji və bir çox başqa aspektlərdə müzakirə etmək olar. Səbəblər vahidliyindən irəli gələrək bizim bu gün səhv etməyə icazəmiz yoxdur. Kilsə xüsusiyyətləri müzakirə etməyə başlaya bilməz, lakin ənənəvi dəyərlər və dövlətin müstəqilliyi tarixən ən çox diqqət yetirdiyi və bundan sonra da verəcəyi sahələrdir.

Bu gün cəmiyyətdə qarşıdurma xətti dəyərlərə, dövlətin suverenliyinə qarşı mübarizə meydanından keçir. Ölkəmizin yaxın tarixdəki tərəqqisi Müqəddəs İlia Salehin “vətən, dil, etiqad” sözünə əsaslanmalıdır.

Biz elə bir dövrdə yaşayırıq ki, faktlar və arqumentlər media və sosial şəbəkələrin yaratdığı təsəvvürlərlə, alternativ reallıqla əvəzlənir.Tələsik, emosional hərəkətlərin bu proseslərdə fəal iştirak edən gənc nəsil üçün çox dəyərli olan sabitliyi və əmin-amanlığı pozmasına yol verilməməlidir. Ölkə üçün ən yaxşı seçimlə bağlı dərin müzakirə və sağlam diskusiya prosesinin olması vacibdir, çünki cəmiyyətdə qarşı duran tərəflər arasında nifrət hökm sürəndə dəfələrlə vahid məğlubiyyətlə üzləşmişik.

Kilsə həmişə uşaqlarımızın səmimi təşəbbüslərinin və istəklərinin tərəfdarı olub və bundan sonra da olacaq, xüsusən də söhbət ölkənin taleyindən gedirsə, hərçənd, unutmamalıyıq ki, gənclərin və böyüklərin bu siyasi proseslərə cəlb olunması bizim nə qədər həssas və həyati dərəcədə vacib məsələlərlə məşğul olduğumuzu bir daha nümayiş etdirir. Gələcək nəslin sağlam fəallığından və vətənpərvərlik ruhundan istifadə edərək müəyyən siyasi maraqların və zərərli ideologiyaların təbliği hər kəs üçün zərərlidir.

Hökumət açıq şəkildə bəyan edir ki, onun siyasi vektoru, eləcə də Gürcüstan əhalisinin böyük bir hissəsinin dəyərlərini qorumaq istəyi Avropaya inteqrasiyadır. Gürcüstan Patriarxlığı Avropa İttifaqı üzvlüyünə namizəd statusunun qəbulu ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, bu illər ərzində diplomatik xidmətin yüksək vəzifəli şəxsləri ölkənin Avropaya inteqrasiyaya can atmasının onun öz mədəniyyətindən və dəyərlərindən imtina etmək demək olmadığına dair inandırıcı sübutlar eşidilirdi. Lakin bu bir həqiqətdir ki, illərdir qeyri-hökumət təşkilatları və xaricdən maliyyələşən telekanallar tərəfindən Kilsənin nüfuzdan salınması kampaniyası aparılır və bu, LGBT həyat tərzi və günah təbliğatının artması tendensiyası ilə paralel olaraq baş verir.

Gürcüstan əhalisi üçün yad, qeyri-adi və təhlükəli ideologiyaların mənimsənilməsi cəmiyyətdə qütbləşmə prosesini gücləndirir. İdeoloji məsələlərdə heç kimdən kömək gözləmirik, heç ehtiyacımız da yoxdur. Qeyd edirik ki, hökumət açıq şəkildə ənənəvi dəyərləri qorumaq yolunu tutub.

Avropa Parlamentinin qətnaməsində yeniyetmələr arasında LGBT təbliğatını qadağan edən qanunun qəbuluna Gürcüstan dövləti tərəfindən icazə verilməməsi qeydi ölkə əhalisinin əksəriyyəti tərəfindən tanınan dəyərlərə qarşı təzyiqdir. Belə bir təəsürat yaranır ki, onlar tərəfindən Gürcüstanın dövlət suveriniteti tam bir anlayış kimi müzakirə olunmur. Gürcüstan dövlətinin suverenliyinə etinasızlıq etməklə ölkə üçün yaxşı heç bir işə yaramayacaq.

“Gürcüstan Kilsəsi Gürcüstan əhalisi arasında Rəbin sözünün gücləndirilməsini əsas prioritet hesab edir. Biz adət-ənənələrimizi, ailə müqəddəsliyini və onun əhəmiyyətini qorumaq, gürcü mədəniyyətini qorumaq istəyirik,  os və abxaz qardaşlarımızla birlikdə vahid dövlətdə yaşamağa, dünyanın ən çətin siyasi prosesləri şəraitində heç bir münaqişəyə qarışmamağa, ölkə daxilində dinc yaşamağa can atırıq,bütün bunlar isə tam dövlət müstəqilliyi olmadan mümkün deyil”, – deyə bəyanatda deyilib.