Polşada baş verən qasırğa nəticəsində bir nəfər həlak oldu, 10-u isə, xəsarət aldı
Polşada baş verən qasırğa nəticəsində bir nəfər həlak oldu, 10-u isə, xəsarət aldı

Polşada baş verən qasırğa nəticəsində bir nəfər həlak oldu, 10-u isə, xəsarət aldı.

Baş verən hadisə barədə məlumatı yerli medya yayır.

Həlak olan şəxs Volomin şəhərinin merinin müavini idi, yaralılar arasında isə, bir nəfəri yanğın söndürəndir.

RMF 24-ün yaydığı məlumata görə, qasırğa ən çox Mazoviets regionuna zərər verdi.

Güclü külək 300-ə qədər binaya zərər verdi. Onlardan 185-i yaşayış evləridir. Bir neçə ağac yerə yıxılıb. 74 min nəfər bu vaxta qədər elektrik enerjisiz qalıb.

Təbii fəlakətlə mübarizə çalışmalarında Fövqəladə Hallar xidmətinin 20 mindən artıq əməkdaşı qoşulub.