Amerika və Polşa müdafiə sahəsində genişləndirilmiş əməkdaşlıq barəsində danışıqları başa çatdırdılar
Amerika və Polşa müdafiə sahəsində genişləndirilmiş əməkdaşlıq barəsində danışıqları başa çatdırdılar

Amerika Birləşmiş Ştatları və Polşa müdafiə sahəsində genişləndirilmiş əməkdaşlıq barəsində razılaşma üzrə danışıqları başa çatdırdılar. Bu barədə ABŞ müdafiə katibi, Mark Esperin Pentaqonun rəsmi veb səhifəsində yerləşdirilən bəyanatında deyilir.

Mark Esperin dediyinə görə, razılaşma ABŞ-a imkan verəcək ki, Polşada olan 4500-lük kontinqenti 1000 ilə artırsın.

Elə onun qeyd etdiyinə görə, müdafiə sahəsində genişləndirilmiş əməkdaşlıq barəsində razılaşma NATO-nu gücləndirəcək və Rusiyanı dayandırmağa imkanlar yaradacaq.