NATO Parlament Assambleyasının üzvləri Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəklədilər
NATO Parlament Assambleyasının üzvləri Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəklədilər

NATO Parlament Assambleyasının üzvləri yekun bəyannamədə Gürcüstanın Şimali Atlantik Aliyansına inteqrasiyasına dəstəklərini bəyan etdilər.

Deputatların Varşavada keçirilən yaz sessiyasının sonunda qəbul etdikləri sənəddə həmçinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək də qeyd olunubdur. NATO Parlament Assambleyasının üzvləri Rusiya tərəfindən Gürcüstanın ərazilərinin işğalını pisləyirlər.

 

Varşavada keçirilən yaz sessiyasının sonunda qəbul edilən  sənəddə NATO Parlament Assambleyası Rusiyanın dayandırılması siyasətinin davam etdirilməsini və Moskva ilə dialoqun qorunub saxlanılmasını tələb edir.