XİN Varşava-Tbilisi aviareysi barəsində məlumat yayır

13:43, 16.03.2020

Polşada olan Gürcüstan vətəndaşlarının diqqətinə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

“Martın 17-də “LOT Polish Airlines” aviaşirkəti Varşava-Tbilisi istiqamətilə aviareysin həyata keçirilməsini planlaşdırıb. Reys saat 07:15 radələrində yerinə yetiriləcək.

Gürcüstana səfər etmək arzusunda olanlar biletləri aviaşirkətin vebsəhifəsində əldə edə bilərlər”, – məlumatda qeyd edilib.

Oxşar