Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria Ruminiyalı həmkarı George Nuke Marini ilə görüşdü
Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria Ruminiyalı həmkarı George Nuke Marini ilə görüşdü

Gürcüstanın vitse-premyeri və Daxili İşlər Naziri Giorgi Qaxaria Ruminiyanın Daxili İşlər Nazirliyinin Dövlət katibi George Nuke Marini ilə görüşdü.

Giorgi Qaxaria Ruminiya tərəfinə Avropa və Avro-atlantik inteqrasiya prosesində yardım və Gürcüstanda Avropa İttifaqının müşahidəçi missiyasının dəstəyi üçün təşəkkür etdi.

Tərəflər iki ölkənin Daxili İşlər Nazirlikləri arasındaki əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi haqqında danışdılar.

Gürcüstanın Daxili İşlər Nazirinin müavini Nino Cavaxazde və George Nuke Marin, Gürcüstan və Avropa İttifaqı arasında qoyulan readmissiya razılaşmasının implementasiya aktını imzaladılar, hansı ki, iki ölkə arasında qeyri-requlyar miqrasiyanın idarəsinə yardım edəcək.