ABŞ-ın xüsusi nümayəndəsi Abram Peyli Gürcüstan, Azərbaycan və Ermənistana səfəri ilə bağlı məlumat yayır
ABŞ-ın xüsusi nümayəndəsi Abram Peyli Gürcüstan, Azərbaycan və Ermənistana səfəri ilə bağlı məlumat yayır

 
ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Abram Peyli Gürcüstan, Azərbaycan və Ermənistana səfəri ilə bağlı məlumat yayır. Amerikalı diplomat sosial şəbəkədə Gürcüstanın Xarici İşlər Nazirliyi, İrana qarşı sanksiyalara əməl olunması məsələsinin müzakirə edildiyi Gürcüstanın Milli Bankı və kommersiya bankları ilə məhsuldar görüşlər keçirdiyini yazır.

Abram Peyli, görüşdə İran tərəfindən sabitliyin pozulmasına səbəb olan hərəkətlərə də toxunulduğunu bildirib.

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi həmçinin bildirir ki, Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri ilə görüşlər keçirib, görüşlərdə İrana qarşı sanksiyalara əməl olunması məsələsini və İran rejiminin sabitliyi pozan davranış probleminin həlli səylərini müzakirə edib.