Zurab Pataradze Azərbaycanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri təyin edildi
Zurab Pataradze Azərbaycanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri təyin edildi

Gürcüstan prezidentinin sərəncamına əsasən, Zurab Pataradze Azərbaycanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edildi.

“Diplomatik Xidmət Haqqında” Gürcüstan qanununun 6-cı maddəsinin 5-ci müddəasına əsasən, Zurab Pataradze 2018-ci il avqustun 29-dan Azərbaycanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin”, – prezidentin sərəncamında qeyd olunub.