Azərbaycanda son 24 saat ərzində koronavirusun 154 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 165 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 232 491 təsdiq olunmuş halı aşkar edilib, 227 116 pasiyent müalicə olunaraq sağalıb, 3 187 insan vəfat edib.