Azərbaycanda koronavirusun 733 yeni halı aşkar edildi, 265 pasiyent sağaldı
Azərbaycanda koronavirusun 733 yeni halı aşkar edildi, 265 pasiyent sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 733 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 265 pasiyent müalicə olunaraq sağaldı, səkkiz pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 239 692 təsdiq olunmuş halı aşkar edilib, 230 726 pasiyent müalicə olunaraq sağalıb, 3 276 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 5 690 pasiyent müalicəsini davam etdirir.