Zurab Abaşidze Tbilisidə rus mədəniyyət mərkəzinin açılması ilə bağlı məlumatı təsdiqləmir və bəyan edir ki, belə bir mərkəzin açılması planlaşdırılmır
Zurab Abaşidze Tbilisidə rus mədəniyyət mərkəzinin açılması ilə bağlı məlumatı təsdiqləmir və bəyan edir ki, belə bir mərkəzin açılması planlaşdırılmır

Rusiya ilə əlaqələr üzrə baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze Zurab Abaşidze Tbilisidə rus mədəniyyət mərkəzinin açılması ilə bağlı məlumatı təsdiqləmir və bəyan edir ki, belə bir mərkəzin açılması planlaşdırılmır.

“İsveçrə səfirliyində mövcud olan Rusiya seksiyasında rus mədəniyyət mərkəzinin açılması ilə bağlı məlumat yalandır. Bu yalan məlumatdır və onu İsveçrə səfirliyinə zəng vuraraq, öyrənmək çox asandır. Heç bir dövlət strukturunun belə bir təşəbbüslə əlaqəsi olmayıb.

Biz humanitar əlaqələri, ticarət və turizmə qarşı deyilik, əksinə, bunu dəstəkləyirik, ancaq, belə məsələlər dövlət səviyyəsində müzakirə olunmalıdır.

Vurğulayaraq deyə bilərəm ki, rus mədəniyyət mərkəzinin açılması planlaşdırılmır” – dedi Zurab Abaşidze.