Zaza Saralidze - 51-ci məktəbin administrasiyasına müraciət edirəm, dərhal mənim oğlumun necə bir uşaq olduğunu açıqlasınlar, əgər o zorakılıq edən idisə, bunu gizlətməsinlər
Zaza Saralidze - 51-ci məktəbin administrasiyasına müraciət edirəm, dərhal mənim oğlumun necə bir uşaq olduğunu açıqlasınlar, əgər o zorakılıq edən idisə, bunu gizlətməsinlər

Tbilisidə, Xorava küçəsində öldürülən Davit Saralidzenin atası Zaza Saralidze 51-ci məktəbin administrasiyana oğlunun necə bir uşaq olduğunu açıqlamaları üçün müraciət edir.

Müvəqqəti istintaq komisiyası ilə görüş zamanı o bəyan etdi ki, sosiyal şəbəkələrdə onun oğlunun zorakılıq edən uşaq olduğu haqqında məlumat yayılır.

“Sosiyal şəbəkədə məlumat yayılır ki, güya mənim oğlum məktəbdə zorakılıq edirdi və uşaqları tualetdə qapadırdı. Məktəb administrasiyasından xahiş edirəm, heçnəyi gizlətməsin, əgər mənim oğlum elə bir uşaq idisə, məktəb administrasiyasının məsuliyyətidir. Ancaq elə deyildisə, onda gerçəklər ortaya çıxardılsın” dedi Zaza Saralidze.