Zaza Nadiradze Avropa Çempionudur
Zaza Nadiradze Avropa Çempionudur

Serbiyanın paytaxtı, Belqradda Kanoeçilər Avropa Çempionatının 200 metrlik sprint finalı bu gün, saat 15:00-da keçirildi.

Dünən, birinci mərhələdə (C1 hit), Zaza Nadiradze 39.026 saniyə ilə 7 iştirakçı arasında birinci yeri tutdu və bu nəticə ilə birbaşa finalda iştirak etmə hüququnu qazandı.

Finalda Nadiradze 200 metrlik sprinti 39.200 saniyəyə dəf etdi və rus İvan Ştili 0.024 saniyə ilə keçdi.

Gürcü idmançısı 2017-ci ildə Avropa Çempionatında qazandığı bürünc medalı bu il, qızıl medalla əvəz etdi.